Təhsil şöbəsinin müdiri işdən qovuldu

Salyan Rayon Təhsil Şöbəsinin müdiri Əbülfət Ağababa oğlu Bədəlov vəzifədən uzaqlaşdırılıb.


AzNews.az Musavat.com-a istinadən xəbər verir ki, Ə.Bədəlov işdə yol verdiyi nöqsanlara görə vəzifədən kənarlaşdılıb.

Ə.Bədəlov 2010-cu ilin aprel ayından bu vəzifəni icra edirdi. O, əvvəllər 50 saylı Salyan-Neftçala Dairə Seçki Komissiyasının sədri vəzifəsində çalışıb.

Xatırladaq ki, keçmiş təhsil şöbəsinin fəaliyyəti zamanı yol verdiyi qanunsuzluqlarla bağlı mətbuatda dəfələrlə məlumatlar yer alıb.

Ə.Bədəlovun təhsil şöbəsinin müdiri olduğu müddətdə müəllimlərin maaşından qanunsuz haqq tutması, yeni dərs illərində siniflərin bölgüsü zamanı müəllimlərdən rüşvət tələb etməsi kimi şikayətlər mətbuatın gündəmində yer alıb.

Məsələ ilə bağlı Ə.Bədəlovla əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı. Ə.Bədəlovun telefonu söndürülmüşdü.