Ötən həftə sonu onlarla uşaq Böyükşor bulvarında gül-çiçək əkib. Onlar “Təmiz Şəhər” ASC və “Parks&Gardens” jurnalının təşkil etdiyi “Gül kimi” aksiyasına qoşulmaqla həm vaxtlarını səmərəli keçiriblər, həm təbiətə qulluq etməyi öyrəniblər. Ötən həftə sonu onlarla uşaq Böyükşor bulvarında gül-çiçək əkib. Onlar “Təmiz Şəhər” ASC və “Parks&Gardens” jurnalının təşkil etdiyi “Gül kimi” aksiyasına qoşulmaqla həm vaxtlarını səmərəli keçiriblər, həm təbiətə qulluq etməyi öyrəniblər.

Uşaqlar Böyükşor bulvarında gül əkdilər - Fotolar

Ötən həftə sonu onlarla uşaq Böyükşor bulvarında gül-çiçək əkib. Onlar “Təmiz Şəhər” ASC və “Parks&Gardens” jurnalının təşkil etdiyi “Gül kimi” aksiyasına qoşulmaqla həm vaxtlarını səmərəli keçiriblər, həm təbiətə qulluq etməyi öyrəniblər.


ASC-nin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, mütəxəssislər 2 gün boyunca uşaqlara gül əkmək, ona qulluq etmək qaydalarını öyrədiblər. Çiçək ləkləri və bağ avadanlıqları ilə təchiz olunan uşaqlar bulvarda gül əkib və onları sulayıblar. Balacalar bundan sonra da istədikləri zaman Böyükşor bulvarına gedib həmin güllərə qulluq edə bilərlər.

Aksiyanın keçirilməsində məqsəd insanlarda bitki əkmək, təbiəti qorumaq ona qulluq etmək mədəniyyətinin formalaşdırılmasıdır. Xüsusən, gələcəyimiz olan uşaqlarda ətraf mühitin qeydinə qalmaq, onu təmiz saxlamaq, tullantılarla zibilləməmək vərdişləri aşılanır.

Ekologiyanın qeydinə qalmaqla təbiəti necə gözəlləşdirməyin mümkün olmasına isə elə aksiyanın keçirildiyi məkan – Böyükşor bulvarı böyük sübutdur. Böyükşor gölü və onun sahili uzun illərlə ekoloji fəlakət zonası olub. Lakin, İqtisadiyyat və Sənaye Nazirliyinin rəhbərliyi ilə "Təmiz Şəhər" ASC-in burada həyata keçirdiyi kompleks bərpa layihəsindən sonra bura əhalinin istirahət məkanına çevrilib.


image description image description image description image description image description image description image description image description