Gənc nümayəndəmiz BMT-də

Dünya Azərbaycanlı Gənclər Birliyi (DGAB) BMT Baş Assambleyasının III Komitəsində öz işini başa çatdırıb. Birliyin nümayəndəsi BMT-nin oktyabr aynın 8-dən 20-nə qədər Nyu-York şəhərində keçirilən 67-ci Baş Assamblyesının III Komitəsində çıxış edib.

Birlikdən AzNews.az-a III Komitədə əsas mövzular arasında: Sosial inkişaf, qadın, uşaq haqları, qaçqın və məcburi köçkün və s. bu kimi mövzular yer alıb.

DGAB-ın nümayəndəsi Nazim İsgəndərov - BMT-nin 67-ci Baş Assambleyasının III Komitəsində "Uşaq hüquqları" mövzusunda məruzə ilə çıxış edib. Çıxışında hal-hazırda dünyada aktual olan - uşaqların aclıq, səhiyyə və təhsil problemlərini qeyd edib. O, həmçinin Azərbaycanda son illərdə uşaqlarla bağlı aparılan dövlət siyasətindən danışıb.

Öz çıxışında Azərbaycan dövlətinin "Beynəlxalq Əmək Təşkilatı" ilə birlikdə qəbul etdiyi qanunlardan və onların icrasından söz açıb. N. İsgəndərovun məruzəsində Azərbaycan dövlətinin 2005-2009-cu illər üçün kimsəsiz, fiziki və əqli cəhətdən qüsurlu uşaqların xüsusi təhsil proqramının qəbulu və icrası mövzuları da yer alıb.


AzNews.az