- Köhnə - Cəmiyyət
- 22 Oktyabr 2012 08:49
- 3 057
Gürzə sancan xəstələr ağırlaşıb
Gürzə sancması diaqnozu ilə şöbəyə gətirilən 44 yaşlı qadın və 47 yaşlı kişinin vəziyyəti ağırdır. Bu barədə məlumatı AzNews.az-a şöbə müdiri Azər Maqsudov verib.
A.Maqsudov bildirib ki, Ağcabədidən gətirilən qadını gürzə öz həyətində sancıb. Gəncədən gətirilən 47 yaşlı kişini isə təsərrüfatla məşğul olarkən ilan sancıb: "Hər iki xəstəyə rayonda zərdab vurulsa da, vəziyyətləri ağırdır".
Elnarə Əlosmanqızı
AzNews.az