Gənc qızlar sığınacaqdakı uşaqlara kurs açdı - “Çərpələng”dən FOTOLAR

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün açılmış “Çərpələng” məktəbəqədər kursu artıq fəaliyyətə başlayıb.


AzNews.az xəbər verir ki, bu ilin iyul ayının əvvəlində "Azərbaycan Uşaqları" İctimai Birliyinin (AUB) nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağında baş tutan görüş zamanı Şəfiqə Fərzəliyeva və Turan Qarayeva adlı gənclər öz şəxşi təşəbbüsləri ilə sığınacağın bir otağını xüsusi qayğıya ehtiyacı olan, məişət zorakılığı qurbanları və digər səbəblərdən ailə qayğısından məhrum olaraq Uşaq Sığınacağında məskunlaşan uşaqlar üçün məktəqədər təhsil kursu yaratmaq qərarına gəliblər.

İdeya barədə Turan Qarayevanın sosial şəbəkələrin birində yazdığı yardım çağırışı bir çox insanın diqqətini cəlb edib. Yardımlar sayəsində 1 ay ərzində uşaqlar üçün nəzərdə tutulmuş məktəb ləvazimatları və avadanlıqlar alınıb, sinif otağı məşğələlərin keçirilməsinə hazır vəziyyətə gətirilib.

Daha sonra komandaya Aynurə Əliyeva da qoşulub və təşkilati işlərdə layihə menecerlərinə dəstək olub. Layihəyə məktəbəqədər təhsil sahəsində təhsili və təcrübəsi olan müəllim kollektivi cəlb edilib. Layihənin və kursun adının isə "hərəmiz bir nəfəs üfürək" şüarı altında "Çərpələng" qoymağa qərar verilib. "Çərpələng"də hazırda 5 müəllim və 1 psixoloq fəaliyyət göstərir. Layihənin məqsədi sığınacaqda məskunlaşan uşaqları məktəbəqədər təhsilə cəlb etmək və onların orta məktəblərdə təhsilə başlamalarına dəstək olmaqdan ibarətdir. Dərslərə bu gündən start verilib.

Layihəyə yardımsevər insanların dəstəyi çox önəmlidir.

Uşaqlarımızın savadlı və parlaq gələcəyi üçün siz də onlara dəstək olun.

AzNews.az
image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description