Bu gün Nəqliyyat Nazirliyində Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Elnur Abdullayevin rəhbərliyi və "Bakı Sərnişin Nəqliyyatı və Yük Daşımaları" MMC-nin baş direktoru Ziya Büniyatzadə və Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) baş direktoru Rüfət İmanovun iştirakı ilə iclas keçirilib. Bu gün Nəqliyyat Nazirliyində Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Elnur Abdullayevin rəhbərliyi və "Bakı Sərnişin Nəqliyyatı və Yük Daşımaları" MMC-nin baş direktoru Ziya Büniyatzadə və Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) baş direktoru Rüfət İmanovun iştirakı ilə iclas keçirilib.

NİİM-in rəsmi saytında “ictimai qınaq“ bölməsi yaradılır

Bu gün Nəqliyyat Nazirliyində Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Elnur Abdullayevin rəhbərliyi və "Bakı Sərnişin Nəqliyyatı və Yük Daşımaları" MMC-nin baş direktoru Ziya Büniyatzadə və Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) baş direktoru Rüfət İmanovun iştirakı ilə iclas keçirilib.


AzNews.az xəbər verir ki, Nazirlikdən "APA-Economics"ə verilən məlumata bununla əlaqədar olaraq, sərnişindaşıma sahəsində yol verilən qayda pozuntuları və bu nöqsanların aradan qaldırılması istiqamətində görüləcək tədbirlər planı iclasın əsas müzakirə mövzusu olub.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi qeyd edib ki, artıq qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olan, qayda pozan avtobus sürücüləri, ictimai nəqliyyatın hərəkətinə mane olan, avtobus dayanacaqlarının qarşısında avtomobilini park edən sürücülər yalnız cərimə ödəməklə məsuliyyətdən yaxa qurtara bilməyəcəklər: "Təhlükəsiz hərəkət" aksiyası çərçivəsində davam etdirilən tədbirlərlə əlaqədar, "Bakı Sərnişin Nəqliyyatı və Yük Daşımaları" MMC tərəfindən xüsusi avtomobil və operativ işçi qrup ayrılıb. Bu gündən etibarən, paytaxtın bütün avtobus dayanacaqlarına hər gün nəzarət edilərək, dayanacağın qarşısında park edilən avtomobillərin və ya qanunsuz taksi fəaliyyəti göstərən taksilərin fotoşəkilləri çəkilərək Bakı Şəhər Baş dövlət Yol Polisi İdarəsinə müvafiq şöbəyə təqdim ediləcəkdir".

Dövlət Xidməti bu kimi halların qarşısının alınmasında ictimai qınağın olmasını və vətəndaşların da bu məsələdə dəstəyini vacib hesab edir. Bununla əlaqədar olaraq, NİİM-in rəsmi saytında "ictimai qınaq" adlı bölmə yaradılacaq ki, vətəndaşlar rastlaşdıqları hər hansı qayda pozuntusu haqqında bu bölmədə yaza biləcək və həmin qayda pozuntusuna yol vermiş avtomobilin, avtobusun və ya taksinin (dövlət qeydiyyat nişanının görünməsi şərtilə) fotoşəklini yerləşdirə biləcək. Vətəndaşların ictimai qınağına tuş gələn, qayda pozan bütün sürücülərə qarşı ciddi tədbir görüləcək.