AZAL aviabiletlərə endirim etdi - Qiymətlər

“Azərbaycan Hava Yolları” Qurban Bayramı ilə əlaqədar aviabiletlərə payız endirim kampaniyası elan edir.


"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən (AZAL) AzNews.az-a verilən məlumata görə, qarşıdan gələn Qurban Bayramı ilə əlaqədar aviabiletlərə payız endirim kampaniyası həyata keçirəcək.

Xüsusi tariflər üzrə biletləri 2015-ci il sentyabrın 24-dən oktyabrın 10-dək AZAL-ın kassalarında və aviaşirkətin www.azal.az saytında bronlaşdırmaq və əldə etmək mümkün olacaq.

Sərnişinlər aviabiletləri sərfəli qiymətlə aşağıdakı istiqamətlər üzrə (uçuş tarixi 2015-ci il oktyabrın 11-dən 31-dək) əldə edə bilərlər:

Bakı-London-Bakı "gediş-dönüş" - cəmi 329 avro;

London-Bakı-London "gediş-dönüş" - cəmi 269 funt sterlinq;

Bakı-Milan-Bakı/Milan-Bakı-Milan "gediş-dönüş" - cəmi 329 avro;

Bakı-Roma-Bakı/ Roma-Bakı-Roma "gediş-dönüş" - cəmi 339 avro;

Bakı-Berlin-Bakı/Berlin-Bakı-Berlin "gediş-dönüş" - cəmi 319 avro;

Bakı-Paris-Bakı/Paris-Bakı-Paris "gediş-dönüş" - cəmi 359 avro;

Bakı-Nyu-York-Bakı "gediş-dönüş" - cəmi 499 avro;

Nyu-York-Bakı-Nyu-York "gediş-dönüş" - cəmi 559 ABŞ dolları;

Bakı-Praqa-Bakı "gediş-dönüş" - cəmi 329 avro;

Praqa- Bakı-Praqa "gediş-dönüş" - cəmi 379 ABŞ dolları;