Akademiyada iclas - Yeni təyinatlar oldu

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.

AzNews.az modern.az-a istinadən xəbər verir ki, iclasda bir sıra kadr dəyişiklikləri baş tutub.

Rəyasət Heyətinin qərarı ilə Nərgiz Əliyarlı AMEA Rəyasət Heyəti aparatının Azərbaycanda Elmi İrsin Toplanması və Sistemləşdirilməsi Mərkəzinin rəhbərinin müavini vəzifəsinə təyin edilib.

Bundan başqa, filologiya elmləri doktorları Məmməd Əliyev və Məhərrəm Qasımlı AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavinləri, filologiya elmləri doktoru Xatirə Bəşirli AMEA-nın N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin elmi işlər üzrə direktor müavini, Sədaqət Hüseynova muzeyşünaslıq və fond işi üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Nuranə Əsədullayeva isə həmin elmi təşkilatın elmi katibi vəzifələrinə təyin ediliblər.

AMEA-nın müxbir üzvü Şahin Mustafayev isə Z.Bünyadov adına Şərq­şünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin olunub.