Əhali aksiyaya hazırlaşır Əhali aksiyaya hazırlaşır

Heydər Əliyev parkı satılır

Əhali aksiyaya hazırlaşır



İmişli rayonunun Bəziravan kəndində 2 ha ərazidə ulu öndər Heydər Əliyevin adını daşıyan parkın salınması haqqında bir neçə il əvvəl qəbul olunan qərar hələ də icra edilməyib. AzNews.az-ın əldə etdiyi məlumata görə, parkın salınmaması ilə yanaşı, ərazisinin satılması da qərara alınıb.

Parkın smeta sənədləri ilə bərabər layihəsi də təsdiqlənib. Buna baxmayaraq, Rayon İcra Hakimiyyəti və Bəziravan kənd bələdiyyəsi parkın inşasına başlamayıblar.

Məlumatda bildirilir ki, bələdiyyə sədri Məmi Atakişiyev və iş adamı Aslan Manafov əlbir olaraq Heydər Əliyevin adını daşıyacaq parkın ərazisini əhaliyə yaşayış evlərinin tikintisi məqsədilə satmaq niyyətindədirlər. Lakin kənd sakinləri bu fikirlə razılaşmayaraq, bələdiyyə sədrinin belə bir addım atacağı təqdirdə aksiya keçirəcəklərini bildiriblər.

Elnarə Əlosmanqızı
AzNews.az