“Dərman idxalının artımını 2 səbəblə, ya istehlak olunan dərmanın həcmi, ya da ölkəyə gətirilən dərmanın qiyməti bahalaşması ilə izah etmək mümkündür”. “Dərman idxalının artımını 2 səbəblə, ya istehlak olunan dərmanın həcmi, ya da ölkəyə gətirilən dərmanın qiyməti bahalaşması ilə izah etmək mümkündür”.

Dərman idxalının artımı nə ilə bağlıdır?

“Dərman idxalının artımını 2 səbəblə, ya istehlak olunan dərmanın həcmi, ya da ölkəyə gətirilən dərmanın qiyməti bahalaşması ilə izah etmək mümkündür”.


AzNews.az xəbər verir ki, bunu iqtisadçı-alim Qubad İbadoğlu deyib.



O bildirib ki, bu ilin 8 ayında ötən ilin eyni dövrü ilə müqayisədə ölkəyə əzcaçılıq məhsullarının idxalı 16,4 faiz və ya 25 milyon dollar artıb: "Dövlət Gömrük Komitəsinin açıqladığı son məlumatın təhlili göstərir ki, ölkəyə idxalı artan məhsulların siyahısında dərman məmulatları da vardır. Belə ki, bu ilin 8 ayında ötən ilin eyni dövrü ilə müqayisədə ölkəyə əzcaçılıq məhsullarının idxalı 16,4 faiz və ya 25 milyon dollar artıb. Nəticədə ötən il dərman gətirilməsinə görə idxalatçılar 160 milyon dollar vəsait xərcləmişdisə, bu il artıq bu məqsədlə xərcləmələr 185 milyonu ötüb. Bir məqamı da nəzərə almaq lazımdır ki, bu statistikaya İrandan, Rusiyadan, Gürcüstandan, Türkiyə və Avropadan ölkəyə fərdi qaydada dərman gətirilməsi daxil deyil. Bunu da nəzərə alsaq ölkədə aylıq dərman dövriyyəsinin 25 milyon manata çatdığını demək olar. Əslində Azərbaycanda istehlakçıların bu qədər dərman "yeməsi" ölkədə apteklərin sayının çox olmasını şərtləndirib. Müqayisə edəndə görürük ki, yalnız Bakı şəhərində olan apteklərin sayı Avropanın orta ölçülü ölkəsində məsələn Belçika və Avstriyada olan apteklərin sayından çoxdur".

İqtisadçı-alim qeyd edib ki, ilk baxışda dəman idxalının artımını 2 səbəblə, ya istehlak olunan dərmanın həcmi, ya da ölkəyə gətirilən dərmanın qiyməti bahalaşması ilə izah etmək mümkündür: "Fikrimcə, əczaçılıq məhsullarının idxal biznesində leqallaşma səviyyəsi yüksəlib və bu hələ son hədd deyil. Yəqin ki, il ərzində dərman məhsullarının idxalında artım davam edəcək".

Sevinc Yasinqızı