- Türkiyə
- 13:48
- 1 091
Türkiyədə yol qəzasında bir ailənin 5 üzvü ölüb, 6 nəfər yaralanıb
Türkiyənin Giresun vilayətində 5 nəfərin ölümü ilə nəticələnən yol qəzası olub.
AzNews.az yerli mediaya istinadən xəbər verir ki, Giresundan Trabzon istiqamətinə gedən yolda TIR qırmızı işıqda gözləyən iki maşınla toqquşub.
Qəza nəticəsində bir ailənin 3-ü uşaq olmaqla, 5 üzvü ölüb, digər 6 nəfər isə xəsarət alıb.