Masallı rayonunda torpaq üstündə məhkəmə çəkişməsi Avropada həllini tapacaq. Masallı rayonunda torpaq üstündə məhkəmə çəkişməsi Avropada həllini tapacaq.

Masallılıların 6 sotluq torpaq davası Avropa məhkəməsində - Foto

Masallı rayonunda torpaq üstündə məhkəmə çəkişməsi Avropada həllini tapacaq.



Belə ki, rayonun Bədəlan kənd sakininin başına açılan oyunlar, qanunsuz məhkəmə qərarları onu Avropa məhkəməsinə üz tutmağa vadar edib. Rayondakı məmur özbaşınalığı, kasıbın haqqının tapdalanması, həyətyanı ərazisinin əlindən alınması, hansısa qeyri-qanuni yolla hakimlərin ələ alınması işin əsas detallarıdır.

AzNews.az işin qısa məzmununu təqdim edir: Masallı Rayon Bədalan kənd sakini Teymurov Zaur Şahdigar oğlu 1997-ci ildə sovxozların islahatı ilə bağlı kənd ərazisindən 0.06 hektar torpağı alıb. Pay torpağı həmin dövrdə sovxoz direktoru olmuş Əhmədağa Əzizov tərəfindən rəsmiləşdirilib. Sonradan Bələdiyyə sədri Niftulla Əzizov qanunsuz olaraq Bədalan kənd sakini Zaur Teymurovun evinin qarşı hissəsini Kolatan kənd sakini Aydın Sahibova satıb. 0.23 hektar ərazini əhatə edən mübahisəli sahə alan A.Sahibov iddia irəli sürüb ki, Zaur Teymurovun şəxsi mükiyyətində olan 0.06 hektar torpaq sahəsinin bir hissəsi onun aldığı torpaq sahəsinin ərazisinə düşür. Bundan sonra yaranmış torpaq mübahisəsi məhkəmə müstəvisinə çıxıb.



İlk olaraq Şirvan İnzibati-İqtisadi Məhkəməsi Aydin Sahibova verilmiş torpaq sahəsinin qanunsuz olduğunu əsas gətirərək, iddianı ləğv edib. Məhkəmə prosesində Bədalan kənd sakinləri kütləvi şəkildə öz etirazlarını bildirib və 20 nəfərdən çox adam şahid kimi məhkəmədə ifadə verib.

Onlar bildiriblər ki, Bədalan kənd sakinlərinin torpağa ehtiyacı olduğu halda kəndin torpaq sahəsinin qanunsuz olaraq başqa kənd sakinlərinə satılması onların hiddətinə səbəb olub. Bundan başqa Əhmədağa Əzizov Bədalan kəndinin fermasına məxsus 5 mindən çox daşı da qanunsuz olaraq adıçəkilən şəxsə satıb. Birinci instansiya məhkəməsinin qanuni qərarı sonradan Şirvan İnzibati İqtisadi Məhkəməsi tərəfindən ləğv edilib, Ali Məhkəmədə isə iddiaçı Zaur Teymurovun və vəkillərinin iştirakı olmadan işə baxılıb və Şirvan Apellyasiya Məhkəməsinin qərarı qüvvədə saxlanılıb. Bundan sonra Bədalan kənd sakini Zaur Teymurov Ali Məhkəmənin sonuncu qərarından Avropa Məhkəməsinə şikayət verib.

Məsələyə münasibət bildirən hüquqşünas Səməd Vəkilov iş üzrə çıxarılmış məhkəmə aktlarında çox sayda qanun pozuntusu olduğunu söyləyərək, bu tip mübahisələrin Avropa Məhkəməsinə çıxardılmasının əslində, bizim üçün arzuolunmaz hal olduğunu bildirib.