- Köhnə - Cəmiyyət
- 27 Oktyabr 2012 06:23
- 2 075
2600 azərbaycanlı Hacı oldu

APA-nın məlumatına görə, onlar bu ada oktyabrın 26-da qurban kəsdikdən sonra yiyələniblər. Zəvvarların arasında bu adı ikinci, üçüncü və s. dəfə alanlar da var.
Azərbaycanlı zəvvarlar bu gün növbəti dəfə "Şeytanı daşlama" əməlini həyata keçiriblər. Onlar sabah – oktyabrın 28-də Mina dağında sonuncu dəfə "Şeytanı daşlama" əməlini etdikdən sonra Məkkə şəhərində qaldıqları otellərə qayıdacaqlar.
Həcc ziyarətini başa vurduqdan sonra zəvvarların 5-12 noyabr tarixlərində Mədinə-Bakı marşrutu üzrə təyyarə ilə Azərbaycana qayıtması nəzərdə tutulur.
Müvafiq olaraq 5 noyabrda iki, 6 noyabrda iki, 7 noyabrda iki, 8 noyabrda iki, 9 noyabrda bir, 10 noyabrda bir, 11 noyabrda bir, 12 noyabrda bir təyyarə zəvvarları Vətənə qaytaracaq.
AzNews.az