Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin güzəştli şərtlərlə pensiyaya çıxması üçün tələb olunan xidmət müddətinin 30 ilə qaldırılması nəzərdə tutulmur. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin güzəştli şərtlərlə pensiyaya çıxması üçün tələb olunan xidmət müddətinin 30 ilə qaldırılması nəzərdə tutulmur.

Hərbi qulluqçuların xidmət müddəti 30 ilə qaldırılır? – Rəsmi açıqlama

Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin güzəştli şərtlərlə pensiyaya çıxması üçün tələb olunan xidmət müddətinin 30 ilə qaldırılması nəzərdə tutulmur.


AzNews.az xəbər verir ki, bu sözləri Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev bildirib. Son vaxtlar hərbi qulluqçuların güzəştli şərtlərlə pensiyaya çıxması üçün tələb olunan xidmət müddətinin 20 ildən 30 ilə qaldırılması barədə yayılan informasiyalara aydınlıq gətirən Fond sədri bildirib ki, silahlı qüvvələrdə və daxili işlər orqanlarında çalışan hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin güzəştli şərtlərlə pensiyaya çıxması üçün tələb olunan xidmət müddətinin 30 ilə qaldırılması nəzərdə tutulmur. E.Mehdiyevin sözlərinə görə, bu təklif ilkin mərhələdə nəzərdən keçirilən müxtəlif variantlardan biri idi və hazırda müzakirə olunmur.

E.Mehdiyev eyni zamanda islahat tədbirləri çərçivəsində demoqrafik göstəricilərin, o cümlədən uzunömürlülük göstəricisinin pensiya sisteminə təsirinin tənzimlənməsi zəruriliyini önə çəkərək bildirib ki, hazırda silahlı qüvvələrdə və daxili işlər orqanlarında çalışan hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin güzəştli pensiya təminatı üçün tələb olunan xidmət müddətinin 25 ilə çatdırılması məsələsi nəzərdən keçirilir: "Təklif qəbul edilərsə, bu qaydalar pensiyaya çıxmış şəxslərə şamil edilməyəcək və onların pensiyası gələcəkdə yenidən hesablandıqda təyinat tarixinə tətbiq olunmuş əvvəlki qayda tətbiq ediləcək. Buna görə də təyin olunmuş pensiyaların gələcəkdə məbləğinin dəyişməsi barədə narahatçılığa heç bir əsas yoxdur".