“Televiziyaların iqtisadi azadlığının yetərli səviyyədə olmaması haqlı olaraq onların proqram siyasətinə də təsir göstərir”. “Televiziyaların iqtisadi azadlığının yetərli səviyyədə olmaması haqlı olaraq onların proqram siyasətinə də təsir göstərir”.

“Televiziyalarda peşəkarlıq çatışmır” – Fazil Mustafa

“Televiziyaların iqtisadi azadlığının yetərli səviyyədə olmaması haqlı olaraq onların proqram siyasətinə də təsir göstərir”.


Bunu AzNews.az-a açıqlamasında millət vəkili Fazil Mustafa bildirib.

Onun sözlərinə görə, bununla yanaşı televiziyalarda peşəkarlıq problemi mövcuddur: "Onlara sırf kommersiya quruluşları kimi yanaşmaq doğru deyil. Çünki cəmiyyətin hər bir fərdinə əlçatan olduqlarına görə, insanlara buradan nəyin, hansı dəyərlərin təbliğ olunması xüsusi əhəmiyyət daşıyır. Bütün hallarda peşəkarlıq səviyyəsini qaldırmaq üçün daha məqsədyönlü siyasət izlənməlidi".

F.Mustafa qeyd edib ki, bayağılığın teleməkandan silinməsi üçün sağlam rəqabət mühitinin olması kifayət edər: "Bu isə bizdə olmadığından, belə bir tələbi səsləndirməyin də mənası qalmır".

Bahar RÜSTƏMLİ
AzNews.az