Binəqədi rayonu, 9-cı mikrorayon ərazisindəki Zeytun bağlarında restoran inşa etmiş İlqar Məmmədovun artıq ikinci dəfə intihara cəhd etməsi ortaya bir sıra qaranlıq məqamlar çıxarıb. Binəqədi rayonu, 9-cı mikrorayon ərazisindəki Zeytun bağlarında restoran inşa etmiş İlqar Məmmədovun artıq ikinci dəfə intihara cəhd etməsi ortaya bir sıra qaranlıq məqamlar çıxarıb.

İntihara cəhd edən iş adamının Akif Çovdarovla hansı əlaqələri olub?

Binəqədi rayonu, 9-cı mikrorayon ərazisindəki Zeytun bağlarında restoran inşa etmiş İlqar Məmmədovun artıq ikinci dəfə intihara cəhd etməsi ortaya bir sıra qaranlıq məqamlar çıxarıb.


AzNews.az xəbər verir ki, oktyabrın 5-də yarımçıq tikilinin sonuncu mərtəbəsinə qalxaraq özünü oradan atmaq istəyən İ.Məmmədovu fikrindən Binəqədi rayon icra başçısı Xaləddin İsgəndərov döndərə bilib. Başçının xahişi ilə inadından əl çəkən iş adamı ilə X.İsgəndərovun 15 dəqiqəlik görüşündən sonra açıqlama yayılıb ki, dördmərtəbəli həmin obyekt qanunsuz tikilib. Başçı iş adamına obyektin söküləcəyini bəyan edib, iş adamı isə tikintiyə xərclədiyi 500 min manatın geri qaytarılmasını istəyib. Binəqədi rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəvanə Əliyeva Modern.az saytına bildirib ki, sahibkarın qanunsuz tikilisi ilə bağlı ona dəfələrlə məlumat verilsə də, buna məhəl qoymayıb: "2008-2010-cu ildən sahibkar Zeytun bağlarında qanunsuz obyekt tikməyə başlayıb. Ona dəfələrlə İcra Hakimiyyətindən xəbərdarlıq edilib ki, Zeytun bağlarının qırılması hesabına orada obyekt tikmək olmaz. Lakin o, buna məhəl qoymayıb və obyekti tikib. Daha sonra bizim tərəfimizdən tələb qoyuldu ki, o, öz hesabına həmin qanunsuz tikilini söksün".

Maraqlıdır, icra hakimiyyətinin israrlı tələblərinə baxmayaraq, uzun müddətdir aparılan tikinti necə olub ki, bu günə qədər sökülməyib? Adi vətəndaş həyətyanı sahəsində daşı daş üstündə qoymaq istəyəndə müvafiq qurumlar dərhal onun başının üstünü kəsdirərək daşları bir-birindən ayırır. Ancaq 4 mərtəbəyə çatdırılan obyektin bir daşı belə sökülməyib.

Onu da qeyd edək ki, Zeytunluq ərazisinə Milli Təhlükəsizlik Nazirliyinin keçmiş idarə rəisi, hazırda "MTN işi" ilə əlaqədar həbs olunan general Akif Çovdarov nəzarət edirmiş. Mübahisəli obyektin də məhz A.Çovdarova aid olduğunu deməyə əsaslar var. Əks təqdirdə, Binəqədi icra başçısının "sökülsün" tələbi qulaqardına vurulmaz, nəticədə general həbs olunandan sonra, iş adamı intihara cəhd göstərməzdi. Nə qədər ki, A.Çovdarov iş başında idi, icra hakimiyyəti obyektə qarşı tam gücü ilə hücuma keçə bilmirmiş. Burada ya qorxu, ya da dostluq amili əsas rol oynayıb. Hər halda icra başçısının qorxaqlıq nümayiş etdirdiyini demək məntiqsiz olardı, belə də ortada dostluq amili qalır.

Yəqin ki, A.Çovdarovla, X.İsgəndərovun münasibətlərindəki istilik, obyektin başı üzərindən əsən soyuq küləklərin səmtini bu günə qədər dəyişə bilirmiş. Bu gün isə nə A. Çovdarov var, nə də aradakı dostluq telləri…

İcra Hakimiyyətinin məsul şəxsi bu məqama aydınlıq gətirməyib. Rəvanə xanım ümumi şəkildə belə deyib: "Obyekt çoxdan tikilib və biz ona xəbərdarlıq etmişik. Vəsaitə gəlincə, o, İcra Hakimiyyətinə heç bir pul ödəməyib. Başqa qurumlara ödəyibsə, onu sahibkardan dəqiqləşdirmək lazımdır. Bu haqda məlumatlı deyilik. Sadəcə, ona tələb qoyulub ki, sökülsün".

Aznews.az Binəqədi icra başçısının müavini Aygün Əliyeva ilə əlaqə saxlayaraq, obyektin niyə məhz indi sökülməsinin tələb olunduğuna aydınlıq gətirməyə çalışıb. A.Əliyevanın da cavabı R.Əliyevanın dediklərindən fərqlənməyib. Başçının müavini "obyekt niyə məhz indi sökülür, bu illər ərzində niyə İcra Hakimiyyəti heç bir addım atmayıb" suallarından yayınaraq obyekt sahibinin qırdığı ağacların yerinə yenilərinin əkiləcəyini deyib: "Həmin sahibkara dəfələrlə xəbərdarlıq olunub. Amma edilən bu xəbərdarlıqlara baxmayaraq bu tikilini qaldırıb. Zeytun bağlarında istər yaşayış obyektlərinin, istərsə də digər obyektlərin tikintisi qadağandır. Bu səbəbdən ona müxtəlif qurumlardan da xəbərdarlıqlar olunub. Xəbərdarlıqlara məhəl qoymadığı üçün öz hesabına sökdürməsi ilə bağlı tapşırıq verilib. Hətta oranın tikintiki bir neçə müddətlik saxlanılıb.

Nəticədə qərar verilib ki, sahibkar qanunlardan kənara çıxır. Ona görə də sökülməlidir. Ağacları bərpa eləmək çətin bir məsələ deyil. Həmin ərazidə yeni zeytun ağacları əkiləcək".

Azər
AzNews.az