Bu gün Bakının iki küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Bu gün Bakının iki küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

İki küçədə hərəkət məhdudlaşdırıldı

Bu gün Bakının iki küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.


Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən AzNews.az-a verilən məlumata görə, səhər saat 11:00-dan başlayaraq Yasamal rayonunda Zahid Xəlilov və Haqverdiyev küçələrinin kəsişməsində qəza-bərpa işləri aparılır. Bu səbəbdən hər iki küçədə hərəkət məhdudlaşdırılıb.

Qeyd edək ki, təmir işləri "Azəristiliktəchizat" ASC tərəfindən aparılır.

Sevinc YASİNQIZI
AzNews.az