Sumqayıt Texnologiya Parkının (STP) rəhbərliyi öz əməkdaşlarını haqqı ödənilməyən məcburi məzuniyyətə göndərməyə hazırlaşır. Sumqayıt Texnologiya Parkının (STP) rəhbərliyi öz əməkdaşlarını haqqı ödənilməyən məcburi məzuniyyətə göndərməyə hazırlaşır.

STP-də kütləvi ixtisarlar

Sumqayıt Texnologiya Parkının (STP) rəhbərliyi öz əməkdaşlarını haqqı ödənilməyən məcburi məzuniyyətə göndərməyə hazırlaşır.


AzNews.az xəbər verir ki, bu məlumatı virtualaz.org saytına STP əməkdaşları verib.

Onların sözlərinə görə, bir müddətdir ki, müəssisədə maliyyə problemləri yaşanmağa başlayıb, maaşların gecikdirilməsi artıq xroniki hal alıb:

"İndi noyabr ayıdır. Bizsə sonuncu dəfə avqust ayında maaş almışıq. Onda da məvaciblərin hamısı verilməyib".

Məlumata görə, STP rəhbərliyi ştat üzrə işçilərin müəyyən hissəsini çoxdan ixtisara salıb. Amma bu da yerdə qalan işçilərin problemlərinin həllinə kömək etməyib.

Sayt bu deyilənlərə aydınlıq gətirmək üçün STP-nin ictimaiyyətlə əlaqələr mərkəzi ilə əlaqə saxlayıb.

Qurumun əməkdaşı Mehman İsgəndərov bildirib ki, işçilərin söylədikləri barədə rəsmi məlumata malik deyil:

"Yalnız onu deyə bilərəm ki, müəssisə heç kimi məcburi məzuniyyətə göndərməyəcək. Ölkədə iqtisadi böhran müşahidə olunur. Ona görə də bazarda da tələbat azalıb. STP-da elə sahələr var ki, orada istehsal səviyyəsinin aşağı düşməsi bəzi ixtisaslara ehtiyacı aradan qaldırıb. Ona görə də bəzi işçilərlə əmək müqaviləsinin müddəti uzadılmayacaq".

Bununla belə M.İsgəndərov məhz hansı işçilərlə əmək müqaviləsinin uzadılmayacağını dəqiqləşdirmədi.