AzNews.az xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində ANS-in Milli Televiziya və Radio Teleradio Şurasına (MTRŞ) qarşı iddia üzrə şikayətinə baxılıb. Məhkəmə prosesində ortaya maraqlı faktlar çıxıb. AzNews.az xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində ANS-in Milli Televiziya və Radio Teleradio Şurasına (MTRŞ) qarşı iddia üzrə şikayətinə baxılıb. Məhkəmə prosesində ortaya maraqlı faktlar çıxıb.

ANS Nüşirəvan Məhərrəmlini necə aşağılayıb - Məhkəmə

AzNews.az xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində ANS-in Milli Televiziya və Radio Teleradio Şurasına (MTRŞ) qarşı iddia üzrə şikayətinə baxılıb. Məhkəmə prosesində ortaya maraqlı faktlar çıxıb.

Hakim Nurəddin Musatafayevin sədrliyilə keçirilən prosesdə ANS-in nümayəndəsi Sevda Məhərrəmova çıxış edərək bildirib ki, MTRŞ-nın televiziyaya qarşı qərarı kollegial şəkildə qəbul olunmadığı üçün qanunsuzdur.

ANS-in vəkili Muxtar Mustafayev də eyni fikri dəstəkləyib. Vəkil məhkəməni MTRŞ-ın qərarını ləğv etməyə çağırıb.

Teleradio Şurasının nümayəndəsi Nemət Cavadov isə ANS-in ilk növbədə "Reklam haqqında" qanunu pozduğunu, sponsorlar haqqında məlumatların iki dəqiqəlik limiti keçdiyini vurğulayıb. N.Cavadov faktlar göstərməklə yanaşı, ANS -in qərəz nümayiş etdirdiyini də deyib: "Milli geyimlərlə bağlı verilişdə XIX əsr Azərbaycan kişisi ilə Nuşirəvan Məhərrəmlini müqayisə edib. Niyə Mirşahinlə, Vahid Mustafayevlə yox, Nuşirəvan Məhərrəmli ilə müqayisə edirsiniz? Musiqi verilişində Nizami Gəncəvinin şeirinin sözlərini dəyişərək, "Nuşirəvan rep oxuyur bayquşa" kimi ifadələr səsləndirilib. Bu qərəz nə deməkdir? Əslində, biz humanizm nümayiş etdirərək, "Salam Azərbaycan" verilişinin yayımını 10 günlük dayandırdıq. Biz istəsəydik, ümumiyyətlə, ANS-in yayımını dayandıra bilərdik". ANS-in təmsilçiləri iddiayla razılaşmayacaqlarını, şikayətləri təmin olunmayacağı təqdirdə Avropa İnsan Haqqları Məhkəməsinə müraciət edəcəklərini bildiriblər.