Bakıda və Abşeron yarımadasında noyabrın 14-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir. Bakıda və Abşeron yarımadasında noyabrın 14-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir.

Bakıda yağış, rayonlarda qar - Proqnoz

Bakıda və Abşeron yarımadasında noyabrın 14-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzNews.az-a verilən məlumata görə, güclü şimal-qərb küləyi əsəcək, axşama doğru mülayimləşəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 6-9, gündüz 9-11, Bakıda gecə 7-9, gündüz 9-11dərəcə isti olacaq.

Atmosfer təzyiqi 755 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında noyabrın 14-də arabir yağış yağacağı, bəzi şərq rayonlarında intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Gündüz qərb rayonlarında yağış tədricən kəsiləcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 4-9, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz
Noyabrın 14-15-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, noyabrın 14-də güclü xəzri küləyinin noyabrın 15-də arabir güclənən gilavar küləyi ilə əvəz olunacağı gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.