“Xalq artisti Nazpəri Dostəliyevanın efirdən uzaqlaşdırılması düzgün mövqe deyil”. “Xalq artisti Nazpəri Dostəliyevanın efirdən uzaqlaşdırılması düzgün mövqe deyil”.

Yeni deputat Nazpərinin müdafiəsinə qalxdı: “Onun xidmətləri var”

“Xalq artisti Nazpəri Dostəliyevanın efirdən uzaqlaşdırılması düzgün mövqe deyil”.

Bunu AzNews.az-a açıqlamasında N. Dostəliyevanın doğulduğu bölgədən millət vəkili seçilmiş Tahir Kərimli deyib.

O, bildirib ki, N.Dostəliyevaya qarşı olan qadağalar bir zamanlar Xalq artisti Zeynəb Xanlarovaya qoyulmuşdu: "Zaman keçdi xalqın ona qarşı sevgisi üzə çıxdı və tələb etdilər ki, Zeynəb Xanlarova efirə çıxsın. Xalqın tələbi ilə Zeynəb Xanlarova efirə qayıtdı. Nazpəri Dostəliyeva da Xalq artistidir, sevilən bir sənətkardır. Onun gözəl mahnıları olub, tarixə düşən ifaları, xidmətləri var".

T.Kərimli qeyd edib ki, N.Dostəliyevanın televiziya kanallarına buraxılmaması ilə bağlı heç bir rəsmi sənəd yoxdur: "Əgər belə bir sənəd varsa, onda onu ANS niyə efirə buraxır? Bu, yalnız televiziya kanallarının canındadır. Mən bununla bağlı Mədəniyyət və Turizm Nazirliyinin müvafiq strukturları ilə görüşüb müzakirə aparacam. Çalışacam ki, onların qarşısında bu məsələləri qaldırım. Sənətçinin bütün xidmətlərini nazirə çatdıracam. Necə olar bilər ki, prezident qiymətləndirdiyi şəxsi başqa kanallar efirə buraxmasın?"

Xatırladaq ki, Xalq artisti N.Dostəliyeva mətbuata açıqlamasında ANS televiziyasından başqa bütün kanalların ona qadağa qoyduğunu bildirib.

Bahar RÜSTƏMLİ
AzNews.az