TQDK əməkdaşları beynəlxalq konfransda

Oktyabr ayının 30-dan 31-dək Qazaxıstan Respublikasının Astana şəhərində "Dərsliklərin işlənməsi, ekspertizası, aprobasiyası, monitorinqi və nəşrinin elmi-metodiki təminat sisteminin təkmilləşdirilməsi" mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasaının mətbuat xidmətindən verilən məlumata görə, qurumun "Ümumtəhsil fənləri üzrə dərslik, dərs vəsaitləri və digər tədris vasitələrinin elmi-metodiki monitorinqi" şöbəsinin müdiri Afiqə Batyeva və sektor müdiri Xədicə Əzimova da həmin konfransda iştirak edəcəklər.

Tədbirdə A.Batıyevanın Azərbaycan Respublikasında dərsliklərin və dərs vəsaitlərinin monitorinqinə dair məruzə ilə çıxışı nəzərdə tutulur.

Sevinc
AzNews.az