Macarıstanın WizzAir lou-kost aviaşirkəti Budapeşt-Bakı-Budapeşt reyslərinə aviabiletlərin əvvəldə elan olunmuş qiymətlərdən daha baha olması məsələsini şərh edib. Macarıstanın WizzAir lou-kost aviaşirkəti Budapeşt-Bakı-Budapeşt reyslərinə aviabiletlərin əvvəldə elan olunmuş qiymətlərdən daha baha olması məsələsini şərh edib.

“WizzAir”dən biletlərin 3 dəfə bahalaşması haqda - Açıqlama

Macarıstanın WizzAir lou-kost aviaşirkəti Budapeşt-Bakı-Budapeşt reyslərinə aviabiletlərin əvvəldə elan olunmuş qiymətlərdən daha baha olması məsələsini şərh edib.

Aviaşirkətin mətbuat xidmətindən bildiriblər ki, WizzAir hər zaman müştərilərinə şirkətə məxsus wizzair.com saytında ucuz biletlər təklif edir.

Mətbuat xidmətindən bildiriblər ki, biletlərin qiyməti tələbatdan irəli gəlir və adətən daha ucuz biletlər tez alınır, əldə isə başqa sinif biletlər qalır. Şirkətdən, həmçinin qeyd ediblər ki, bir həftə əvvəl WizzAir öz müştərilərinə bütün marşrutlar üzrə 20%-lik endirim təklif edib.

Qeyd edək ki, oktyabr ayının 28-də "Wizzair" və "Ground Handling Company" (Azərbaycan) arasında reyslərə xidmət üzrə müvafiq saziş imzalanıb. Uçuşlar həftədə 2 dəfə yerinə yetirilir. Bakı-Budapeşt istiqamətində aviabiletin qiyməti 39,99 avrodur.
Lakin hazırda şirkətin saytında Budapeşt-Bakı-Budapeşt marşrutu üzrə biletlərin qiyməti Basic sinifi üçün 210-230 dollar, Plus sinifi üçün 350-370 dollar göstərilib.

Report.az