“Kim istəsə, Həsən Kərimovun dəfn mərasiminə qatıla bilər”. “Kim istəsə, Həsən Kərimovun dəfn mərasiminə qatıla bilər”.

Razi Nurullayev Həsən Kərimovun yasında iştirak etməyəcək

“Kim istəsə, Həsən Kərimovun dəfn mərasiminə qatıla bilər”.


Bunu AzNews.az-a açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayev deyib.

O, bildirib ki, bununla bağlı Etimad Qurultayının Təşkilat Komitəsinin üzvlərinə qadağa qoyulmayıb: "Heç kimə qadağa yoxdur. Yas mərasimini siyasiləşdirmək ayıbdır".

R.Nurullayev isə özü bu mərasimdə iştirak edə bilməyəcəyini vurğulayıb: "Mən xaricdəyəm. Nekroloq yazmışam və dünən dərc edilib. Allahdan rəhmət diləyirəm. Böyük itkidir".

Xatırladaq ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının Ali Məclisinin sədri Həsən Kərimov uzun sürən xəstəlikdən sonra noyabrın 20-də dünyasını dəyişib.

Bahar RÜSTƏMLİ
AzNews.az