Azərbaycanda son 14 ildə qeysəriyyə kəsiyi əməliyyatı ilə edilən doğuşların sayı 10 dəfə artıb. Dövlət Statistika Komitəsi 2000-ci ildə Azərbaycanda 3017, 2014-cü ildə 30 561 qeysəriyyə əməliyyatı aparıldığını bildirib. İldən-ilə artmağa doğru dəyişən qeysəriyyə əməliyyatlarının göstəricisi 2013-cü ildə 2012-ci illə (30 794) müqayisədə nisbətən azalaraq 28 954-ə ensə də, 2014-cü ildə yenidən artaraq 30 561-ə yüksəlib. Ümumilikdə 2014-cü ildə 145 585 doğuş olub. Azərbaycanda son 14 ildə qeysəriyyə kəsiyi əməliyyatı ilə edilən doğuşların sayı 10 dəfə artıb. Dövlət Statistika Komitəsi 2000-ci ildə Azərbaycanda 3017, 2014-cü ildə 30 561 qeysəriyyə əməliyyatı aparıldığını bildirib. İldən-ilə artmağa doğru dəyişən qeysəriyyə əməliyyatlarının göstəricisi 2013-cü ildə 2012-ci illə (30 794) müqayisədə nisbətən azalaraq 28 954-ə ensə də, 2014-cü ildə yenidən artaraq 30 561-ə yüksəlib. Ümumilikdə 2014-cü ildə 145 585 doğuş olub.

“Həkimlər pula görə qeysəriyyə əməliyyatına üstünlük verirlər”- Musa Quliyev

Azərbaycanda son 14 ildə qeysəriyyə kəsiyi əməliyyatı ilə edilən doğuşların sayı 10 dəfə artıb. Dövlət Statistika Komitəsi 2000-ci ildə Azərbaycanda 3017, 2014-cü ildə 30 561 qeysəriyyə əməliyyatı aparıldığını bildirib. İldən-ilə artmağa doğru dəyişən qeysəriyyə əməliyyatlarının göstəricisi 2013-cü ildə 2012-ci illə (30 794) müqayisədə nisbətən azalaraq 28 954-ə ensə də, 2014-cü ildə yenidən artaraq 30 561-ə yüksəlib. Ümumilikdə 2014-cü ildə 145 585 doğuş olub.


AzNews.az xəbər verir ki, Milli Məclisin Sosial siyasət komitəsinin ixtisasca həkim olan sədr müavini Musa Quliyev Modern.az saytına açıqlamasında artıma subyektiv səbəblərin daha çox təsir göstərdiyini vurğulayıb: "Düşünürəm ki, rəqəmlərin artmasında subyektiv amillər daha çox rol oynayır. Çünki 10 dəfə artımı hansısa obyektiv göstərici ilə izah etmək mümkün deyil. Yəni qadının özünün arzusu və həkimin istəyi tibbi göstərişləri üstələyir.

Təsadüfi deyil ki, məsələ hökuməti də narahat edir. Buna görə də Milli Məclisdə qəbul edilən qanuna əsasən, əsassız, tibbi göstəriş olmadan reallaşdırılan qeysəriyyə kəsiyi əməliyyatı üçün məsuliyyət müəyyənləşib. Amma görünən odur ki, bu məsuliyyət də azdır. Maarifləndirmə gücləndirilməlidir".

Musa Quliyevin fikrincə, Səhiyyə Nazirliyi bu işə müdaxiləni artırmalıdır:

"Nazirlik hər bir klinikadan qeysəriyyə kəsiyi əməliyyatının hesabatını istəməlidir. Əməliyyat aparılarkən hansı göstəricilərə riayət olunub, ya da olunmayıb. Qeysəriyyə əməliyyatı aparılarkən konsilium qərar olmalıdır. Doğuşun hansı üsulla aparılacağına bir deyil, bir neçə həkim qərar verməlidir".

Bir çox hallarda qeysəriyyə əməliyyatının həm həkimlər, həm də ana üçün daha rahat olduğundan seçildiyi bildirilir...

Deputat isə belə düşünmür. "Mən hesab etmirəm ki, qeysəriyyə əməliyyatı ilə doğuş daha asandır. Bu, həkimlər üçün asan deyil. Digər tərəfdən, təhlükəsizlik baxımından da əlverişli üsul deyil. Nəzərə almaq lazımdır ki, ana üçün ciddi fiziki və psixoloji travmadır. Həm də sonrakı doğuşlar da qeysəriyyə ilə aparılmalıdır. Əməliyyatla doğuşdan sonra analar çox vaxt körpələrini südlə qidalandıra bilmirlər. Bu da ciddi problemdir. Bu səbəbdən qeysəriyyə əməliyyatı ilə bağlı ciddi maarifləndirmə və nəzarət mexanizmi tətbiq etmək lazımdır.

Bəzi qadınlarda belə mif yaranıb ki, qeysəriyyə əməliyyatından fərqli olaraq təbii doğuş əzablıdır, qorxuludur və s. Yəni düşünürlər ki, əməliyyat zamanı bədən keyləşdirildi, ağrını hiss etmədi, bununla da ana oldu. Bunun mənəvi tərəflərinə də ciddi fikir vermək lazımdır.

Qeysəriyyə əməliyyatını tamamilə qadağan etmək də olmaz. Amma əməliyyata ciddi, tibbi göstərişlərə əsaslanaraq gedilməlidir.

Hesab edirəm ki, qadın məsləhətxanalarının rolu artırılmalıdır. Hamiləliyin ilk dövründən nəzarətə götürülərkən qadını psixoloji cəhətdən doğuşa hazırlamaq, həmçinin qeysəriyyənin nə zaman tətbiq olunması və fəsadları barədə də məlumatlandırmaq lazımdır".

Bir çox hallarda həkimlərin qeysəriyyə əməliyyatına təbii doğuşdan baha olduğu üçün getdiyi istisna edilmir. Bəzi klinikalarda təbii doğuş 400-500 manata başa gəldiyi halda, qeysəriyyə əməliyyatı klinikadan asılı olaraq 800-2 000 manat arasında dəyişir.

Musa Quliyev də bunu təsdiq edir: "Şübhəsiz ki, burada biznes maraqları var. Həkimlərimiz baha olduğuna görə bir çox hallarda qeysəriyyə kəsiyi əməliyyatını seçirlər. Fikrimcə, hər iki doğuşun qiymətini bərabərləşdirməklə biznes faktorunu aradan qaldırmaq olar. Bir daha demək istəyirəm ki, 10 dəfə artım çox ciddi göstəricidir, Səhiyyə Nazirliyi bununla bağlı ölçü götürülməlidir".