Qeysəriyyə kəsiyi əməliyyatı 600 AZN Qeysəriyyə kəsiyi əməliyyatı 600 AZN

İmişli Mərkəzi Xəstəxanasında rüşvətə start verildi

Qeysəriyyə kəsiyi əməliyyatı 600 AZN



Bu günlərdə ölkə prezidenti İlham Əliyev regonlarda quruculuq və abadlıq işləri ilə tanış olmaq üçün Saatlı, İmişli və Beyləqan rayonlarına səfər etdi. Səhiyyə Naziri Oqtay Şirəliyev hər üç rayonda yenicə təmirdən çıxan xəstəxanları dövlət başçısına göstərdi. "AzTV"-də bu xəstəxanalarda pulsuz səhiyyə xidmətinin həyata keçiriləcəyi xəbərini bütün bu bölgənin vətəndaşlarına çatdırdı. Amma deyəsən bu ölkədə pulsuz səhiyyə sistemi sadəcə olaraq kağız üzərindədi. Reallıq isə başqadı.

Əgər belə olmasaydı, İmişli Rayon Mərkəzi Xəstəxanasında 600 AZN-nə qeysəriyyə kəsiyi (Kesriv) əməliyyatı həyata keçirilməzdi. Hələ üstə gəl 250 AZN-nə də dərman pereparatları. İmişli Rayon Rövşən Bağırov küçəsi 10 ünvanda kirakeş yaşayan Tural Cəfərov "Vətəninfo.az"-a bildirib ki, həyat yoldaşı Gülçin Əliyevanı İmişli Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə aparıb və burda uşağın dünyaya gətirilməsin istəyib. T.Cəfərov bildirdi ki, doğum şöbəsindən ginikoloq Elmira Kazımova və cərrah Fərzullah Həsənov ondan ilkin olaraq qeysəriyyə kəsiyi üsulu ilə uşağın dünyaya gətirilməsi üçün 200 AZN alıblar. Əlavə 250 AZN dəyərində əməliyyat zamanı istifadə olunan dərmanların və mayelərin alınması resepti yazaraq,alınmasın istəyiblər.

"Mən onların dediyi kimi 250 AZN dəyərində dəriman və mayeləri alıb verdim və qeysəriyyə kəsiyi (Kesriv) üsulu ilə həyat yoldaşım əməliyyat olundu və uşağı dünyaya gətirdi. Sonradan verdiyim 200 AZN-dən əlavə 400 AZN-də məndən istədilər. Mən indi bu pulu axtarıb tapmalıyam. Kimə deyirəm əli boş dönürəm. Kirakeş yaşayan bir adam necə tapsın bu qədər pulu. əgər İmişlidə bir uşaq ümumilikdə 850 manata dünyaya gəlirsə. gör Bakıda necədi qiymətlər. Bəs deyirdilər dövlət xəstəxanları pulsuzdu, nə oldu?.. İndi dərdimizi kimə deyəcəyimizi bilmirik".

Qeyd edək ki, İmişli Rayonu və onun icra başçısı başda olmaqla (Təbii ki, hüquq mühafizə orqanların çıxmaq şərti ilə) hər bir sahədə rüşvət və karrupsiya halları ayaq tutub yeriyir. Gəl ki, bu vəziyyəti icra başçısı Vilyam Hacıyevdən başqa hər kəs görsədə Hafiz Hacıyevin əmisi oğlu görmür.

AzNews.az