Həm də 7 variantda Həm də 7 variantda

Nazirin qarşı çıxdığı geyimlər artıq hazırdır

Həm də 7 variantda



Təhsil naziri Misir Mərdanov qadın müəllimlərin vahid geyim formasına keçidi ilə bağlı məsələnin tələb kimi qoyulmadığını bildirsə də, bu çıxış Bakı Tikiş Evində müəllimlər üçün vahid geyim nümunələrinin hazırlanmasını ləngitməyib.

Artıq BTE-də müəllimlər üçün 7 geyim eskizi hazırlanıb. Bu barədə məlumatı AzNews.az-a BTE-nin satış şöbəsinin müdiri Etibar Əzimov bildirib.

E.Əzimovun sözlərinə görə, müəllimlərə vahid forma tətbiqində maraqlı olan məktəblər var: "Biz nümunələrin hazırlanması prosesini davam etdiririk. 7 variantda müəllimlər üçün geyim hazırlanıb. Bu sayı daha da artırmaq niyyətindəyik".

Şöbə müdiri bildirib ki, bir neçə variantda da geyimlər hazırlandıqdan sonra müəllimlər və medianın iştirakı ilə geniş müzakirələr təşkil ediləcək.

Elnarə Əlosmanqızı
AzNews.az