“Paytaxtda hökm sürən qeyri-sabit hava şəraiti ilə əlaqədar yollarda sürüşmə ehtimalı var. Bu səbəbdən sürücülərdən xahiş olunur ki, yol və metroloji şəraiti nəzərə alaraq belə hava şəraitində ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük versinlər”. “Paytaxtda hökm sürən qeyri-sabit hava şəraiti ilə əlaqədar yollarda sürüşmə ehtimalı var. Bu səbəbdən sürücülərdən xahiş olunur ki, yol və metroloji şəraiti nəzərə alaraq belə hava şəraitində ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük versinlər”.

Bakı yol polisindən sürücülərə - Çağırış

“Paytaxtda hökm sürən qeyri-sabit hava şəraiti ilə əlaqədar yollarda sürüşmə ehtimalı var. Bu səbəbdən sürücülərdən xahiş olunur ki, yol və metroloji şəraiti nəzərə alaraq belə hava şəraitində ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük versinlər”.

Bunu AzNews.az-a Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

O qeyri-sabit hava şəraiti ilə əlaqədar sürücü və piyadalara müraciət edib: "Havaların qeyri-sabit olması yollarda sürüşmə və qəzaların başvermə ehtimalını artırır. Yol polisi bunu nəzərə alaraq, sürücüləri ictimai nəqliyyatdan istifadəyə üstünlük verməyə çağırır. Şəxsi avtomobillərdən istifadə edənlərə bildiririk ki, sürücülər mövsümi şinlərdən və texniki cəhətdən tam saz olan avtomobillərdən istifadə etsinlər. Onlar sürət həddini seçərkən hava şəraitini və yolun vəziyyətini nəzərə almalı, xüsusilə enişli-yoxuşlu yollarda diqqətli olmalıdırlar".

Vaqif Əsədov həmçinin piyadaların yollarda ehtiyatlı olmağa çağırıb: "Sürüşmə ehtimalının olduğunu nəzərə alaraq piyadalar yolların hərəkət hissəsinə çıxmasınlar. Piyadalar üçün nəzərdə tutulmuş yerlərdən keçsinlər, səkilərlə, yeraltı və yerüstü keçidlərlə hərəkət etsinlər".

Sevinc