"Hesab edirəm ki, qanunlar bu məsələdə sərtləşdirilməlidir” "Hesab edirəm ki, qanunlar bu məsələdə sərtləşdirilməlidir”

Siyavuş Novruzov: “İngiltərədə, Fransada aksiyanı atla dağıdırlar”

"Hesab edirəm ki, qanunlar bu məsələdə sərtləşdirilməlidir”



"Xarici ölkələrdə polislər insanlara qarşı zorakılıq edir". AzNews.az-ın məlumatına görə, bunu MM-də "Sərbəst Toplaşmaq Azadlığı Haqqında" qanununa dəyişiklik müzakirə edilən zaman çıxışında millət vəkili Siyavuş Novruzov deyib.

O qeyd edib ki, Yunanıstanda su şırnağı ilə aksiya dağıdılanda bir nəfərin 3 qabırğası sındı. Amma Azərbaycanda polislər çox mədənidir: "Fransada, İngiltərədə aksiyaları atla dağıdırlar. Azərbaycanda isə polis yaxınlaşıb müraciət edir. Polisə isə çox sərt cavab verilir. Hətta təhqir edilir. Polis buna baxmayaraq, səbr nümayiş etdirir. Deyirlər, qanun layihəsinə dəyişiklik edilsə, beynəlxalq təşkilatlar Azərbaycana təzyiq edəcək. Həmin beynəlxalq təşkilatları Ramil Səfərov məsələsində gördük. Azərbaycana qarşı qərəz nümayiş etdirdilər. Hesab edirəm ki, qanunlar bu məsələdə sərtləşdirilməlidir".

İlkin Pirəli
AzNews.az