Ancaq hamısı yox Ancaq hamısı yox

Məktəblər 10 gün tətil edəcək

Ancaq hamısı yox



Noyabrın 9-da Bayraq günü ilə bağlı qeyri-iş günü olması məktəblilərin payız tətili günlərinin sayını artırıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AzNews.az-a verilən məlumata görə, bu ancaq 5 günlük sistemdə təhsil alan şagirdlər üçün keçərli olacaq. Belə ki, onlar noyabrın 9-u da daxil olmaqla, noyabrın 19-dək tətil edəcəklər.

6 günlük sistemdə təhsil alan şagirdlər isə, cümə günü məktəbə gedəcəklər. Onlar üçün payız tətili ənənəvi vaxtında, noyabrın 12-19-da davam edəcək.

BŞTİ-nin başqa bir məlumatına görə, noyabrın 15-i bütün paytaxt məktəblərində 5-11-ci sinif şagirdləri arasında Bilik yarışı keçiriləcək.

Elnarə Əlosmanqızı
AzNews.az