İqtisadiyyat və Sənaye Nazirliyi siqaretin qiymətinin növbəti dəfə bahalaşması məsələsinə aydınlıq gətirib. İqtisadiyyat və Sənaye Nazirliyi siqaretin qiymətinin növbəti dəfə bahalaşması məsələsinə aydınlıq gətirib.

Siqaret niyə bahalaşdı? - Nazirlikdən açıqlama

İqtisadiyyat və Sənaye Nazirliyi siqaretin qiymətinin növbəti dəfə bahalaşması məsələsinə aydınlıq gətirib.


Nazirliyin Mətbuat Xidmətindən AzNews.az-a daxil olan məlumatda tütün məmulatlarının qiymətlərinin tənzimlənən mal və xidmətlərin siyahısına daxil olmadığı bildirilib: "Tütün məmulatlarının satış qiyməti bazarda tələb və təklif əsasında formalaşır".

Məlumat üçün bildirək ki, bu gün siqaretin qiymətində kəskin artım müşahidə olunub. Bundan əvvəl isə, ötən ilin sonunda manatın ikinci devalvasiyasından sonra da siqaretin qiyməti bahalaşmışdı.