“Sumqayıt şəhər icra başçısının müəllimələrə şalvar geyinməyi qadağan etməsi ilə bağlı qərarını dəstəkləyirəm. Lakin bununla bağlı təhsil nazirinin göstərişi olmalıdır”. “Sumqayıt şəhər icra başçısının müəllimələrə şalvar geyinməyi qadağan etməsi ilə bağlı qərarını dəstəkləyirəm. Lakin bununla bağlı təhsil nazirinin göstərişi olmalıdır”.

Ekspertdən icra başçısına dəstək: “O müəllimələr şalvarda abırsız görünür”

“Sumqayıt şəhər icra başçısının müəllimələrə şalvar geyinməyi qadağan etməsi ilə bağlı qərarını dəstəkləyirəm. Lakin bununla bağlı təhsil nazirinin göstərişi olmalıdır”.


Bunu AzNews.az-a açıqlamasında təhsil üzrə ekspert, professor Əjdər Ağayev deyib.

"İcra başçısı şəhərin rəhbəri olaraq bunu təklif edə bilər. Amma müəllimlərin geyiminə, daxili işlərinə isə Təhsil Nazirliyi cavabdehdir. Yəni bununla bağlı nazirin göstərişi olmalıdır. Qadınların, qızların geyimin fizioloji təsirini nəzərə alaraq ənənəvi geyim formasında olması məsləhətdir. Bəzi qadınların çanaq sümükləri böyükdür və şalvar geyərkən kənardan çox abırsız görünür. Düşünürəm ki, icra başçısı məhz bunu nəzərə alıb, şalvar geyinməyi qadağan edib. Mən bu qərarı təqdir edirəm" – deyə, ekspert əlavə edib.

Ə.Ağayev zərif qadınların bu siyahıya salınmamalı olduğunu düşünür.

Qeyd edək ki, Sumqayıt şəhərinin icra başçısı Zakir Fərəcov son keçirdiyi iclasda məktəblərdə qadın müəllimlərin şalvar geyinməməsini məsələhət bilib. O, qeyd edib ki, qadın müəllimlər şagirdlərin qarşısında şalvarda yox, rəsmi formada çıxmalıdır.

Bahar RÜSTƏMLİ
AzNews.az