- Köhnə - Cəmiyyət
- 12 Yanvar 2016 17:28
- 7 243
Spirtli içkiləri nağd pulla almaq olacaq – Prezidentdən tapşırıq + Video
Bu gündən etibarən aksizli malların plastik kartlarla satışı dayandırılıb.
AzNews.az xəbər verir ki, bu barədə vergilər nazirinin müavini Sahib Ələkbərov AZTV-ə müsahibəsində deyib. Onun sözlərinə görə, sahibkarlar tərəfindən məsələ ilə bağlı Prezident İlham Əliyevə çox saylı müraciətlər olub. Sənədləşmə işləri ilə bağlı Prezident İlham Əliyev aksizli malların, spirtli içkilərin kartla satışı ilə bağlı qərarın icrasının müvəqqəti dayandırılması ilə bağlı tapşırıq verib: "Sənədləşmə ilə bağlı məsələlər var. Həm bizə, həm də Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, cənab Prezidentə çoxsaylı müraciətlər daxil olub ki, bu sənədləşmə işlərinin başa çatdırılmasına müəyyən zaman tələb olunur. Bütün bunları nəzərə alaraq, cənab Prezident həmişəki kimi, yenə də sahibkarlığın inkişafına öz dəstəyini göstərir və tapşırıq verilib ki, bu qaydaların tətbiqi müvəqqəti olaraq dayandırılsın".