Ölkəmizdə təhsilin inkişafı üçün bir sıra sosial layihələr həyata keçirən Azercell Telekom bu sahədə fəaliyyətini davam etdirir. Ölkəmizdə təhsilin inkişafı üçün bir sıra sosial layihələr həyata keçirən Azercell Telekom bu sahədə fəaliyyətini davam etdirir.

Azercell-in prezidenti TələbəTəqaüdü Proqramı 2015-in qalibləri ilə görüşdü

Ölkəmizdə təhsilin inkişafı üçün bir sıra sosial layihələr həyata keçirən Azercell Telekom bu sahədə fəaliyyətini davam etdirir.



Şirkətin 2008-ci ildən etibarən tələbələrə təqdim etdiyi Tələbə Təqaüdü Proqramının 2015-ci il üçün nəticələri müəyyən edilib. Yanvarın 12-də Azercell şirkətinin prezidenti Vahid Mursəliyev Təqaüd Proqramının qalibləri ilə görüşüb və onlara xüsusi sertifikatları təqdim edib. Vahid Mursəliyev qalibləri təbrik edərək, tələbələrə gələcək karyeralarında uğurlar arzulayıb. Bakı və eləcə də rayonlarda yerləşən universitetləri əhatə edən bu proqrama qatılmaq üçün ölkəmizin müxtəlif təhsil ocaqlarından ümumilikdə 1200-dən çox tələbə müraciət edib. Oktyabrın 1-dən başlanan mərhələli seçim prosesinin sonunda 24 tələbə Azercell-in Təqaüdçüsü adına layiq görülüb. Proqram qalibi olan bu 24 tələbə ali təhsil müddətinin sonunadək Azercell şirkəti tərəfindən hər təhsil ayı üçün 200 AZN məbləğində təqaüd alacaqlar. Bu tələbələr arasında Bakı və Azərbaycanın müxtəlif regionlarında fəaliyyət göstərən ali təhsil ocaqlarında təhsil alan gənclər yer alıb. Belə ki, Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Dövlət Universiteti, Qafqaz Universiteti, Dövlət İdarəçilik Akademiyası və Bakıda yerləşən digər təhsil qurumları ilə yanaşı, Gəncə, Mingəçevir, Naxçıvan və Lənkəran Dövlət Universitetlərinin tələbələri də Azercell-in fəxri təqaüdçüləri adına layiq görüldülər.

Qeyd edək ki, proqramda seçim prosesi bir neçə mərhələdən ibarət olub. İlk mərhələdə proqram üçün müraciət edən tələbələr say məntiq məsələlərindən ibarət yazılı tapşırıqları yerinə yetirib, həmçinin, ingilis dilində müxtəlif mövzularda esselər yazıblar. Son mərhələdə isə tələbələr Azercell şirkətində rəhbər vəzifələrdə çalışan işçi və mütəxəssislərlə üz-üzə müsahibələrdən keçiblər. Nəticədə, bütün mərhələlərdən uğurla keçən tələbələr təqaüd proqramının qalibləri seçiliblər. Tələbə Təqaüdü Proqramının üstünlüyü yalnız maddi dəstəklə bitmir. Təqaüdlə yanaşı, bu gənclər telekommunikasiya sahəsi haqda biliklərini artırmaq, şirkətin korporativ tədbirlərində iştirak etmək, müxtəlif təlimlərə qatılmaq və şirkətdə təcrübə keçmək imkanını əldə edirlər.

Tələbə Təqaüdü Proqramının məqsədi müvəffəqiyyətlə təhsil alan tələbələrə xüsusi qayğı göstərmək və onların gələcəkdə peşəkar kimi formalaşmasına dəstək olmaqdır. Azercell Telekom MMC-nin Dayanıqlılıq strategiyası çərçivəsində keçirilən bu layihə, şirkətin korporativ sosial məsuliyyət fəaliyyətini gücləndirir və cəmiyyətimizin rifahının yüksəlməsinə daha çox töhfə vermiş olur.