Süni qiymət artımına qarşı nəzarət Nərimanov rayonunda da davam etdirilir. Süni qiymət artımına qarşı nəzarət Nərimanov rayonunda da davam etdirilir.

Qiymət artımına qarşı nəzarət Nərimanovda da davam etdirilir - Fotolar

Süni qiymət artımına qarşı nəzarət Nərimanov rayonunda da davam etdirilir.


AzNews.az xəbər verir ki, manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar əhalinin xüsusilə aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi, süni qiymət artımının qarşısının alınması məqsədilə Nərimanov rayonunda da təxirə salınmaz tədbirlər həyata keçirilir.

15 yanvar 2016-cı il tarixində Nərimanov Rayon İcra Hakimiyyəti başçısı yanında hüquq-mühafizə orqanlarının rəhbərlərinin və rayonun digər rəhbər işçilərinin iştirakı ilə geniş müşavirə keçirilmişdir.

Müşavirədə süni qiymət artımının qarşısının alınması ilə bağlı Azərbaycan Respublikasının Prezidentinin verdiyi tapşırıqların icrasının təmin olunması istiqamətində qarşıda duran vəzifələr müzakirə olunmuş, bir sıra zəruri tədbirlərin həyata keçirilməsi qərara alınmışdır.

Bu məqsədlə Rayon İcra Hakimiyyətinin, Mənzil Kommunal İstismar Sahələrinin, Hüquq-Mühafizə orqanlarının, İctimai Şuranın, Rayon Ağsaqqallar Təşkilatının və digər ictimai təşkilatlarının nümayəndələrinin iştirakı ilə hər biri 10 nəfərdən ibarət olmaqla 15 işçi qrupları yaradılmış, rayon ərazisində fəaliyyət göstərən iri ticarət şəbəkələrində monitorinqlər keçirilmiş, strateji əhəmiyyət kəsb edən ərzaq məhsullarının qiymətlərinə və keyfiyyətinə nəzarət olunmuş, aşkar olunmuş nöqsanlar barədə iradlar bildirilərək sahibkarların diqqətinə çatdırılmışdır.
Bu istiqamətdə işlər mütəmadi olaraq davam etdiriləcəkdir.