Təmirə bağlanmış yol açıldı

Bakıda təmirə bağlanmış yol açılıb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən AzNews.az-a verilən məlumata görə, A.M.Şərifzadə küçəsi ilə Mətbuat prospektini birləşdirən Nazim Hikmət küçəsində nəqliyyatın hərəkəti bərpa edilib.

Xatırladaq ki, bir neçə gün öncə təmir tikinti işləri ilə əlaqədar olaraq Nazim Hikmət küçəsi müvəqqəti olaraq bağlanmışdı.

AzNews.az