Yanvarın 27-də ABŞ-ın nüfuzlu "Sundance" beynəlxalq film festivalı çərçivəsində “Əli və Nino” filminin premyerası keçiriləcək. Nümayiş 3 gün ərzində - yanvarın 27-i, 28-i və 31-də olacaq. Yanvarın 27-də ABŞ-ın nüfuzlu "Sundance" beynəlxalq film festivalı çərçivəsində “Əli və Nino” filminin premyerası keçiriləcək. Nümayiş 3 gün ərzində - yanvarın 27-i, 28-i və 31-də olacaq.

“Əli və Nino” filmi ABŞ-da nümayiş olunacaq - Yanvarın 27-də

Yanvarın 27-də ABŞ-ın nüfuzlu "Sundance" beynəlxalq film festivalı çərçivəsində “Əli və Nino” filminin premyerası keçiriləcək. Nümayiş 3 gün ərzində - yanvarın 27-i, 28-i və 31-də olacaq.


Qeyd edək ki, film 2015-ci ildə yazıçı Qurban Səidin dünya bestselleri, eyniadlı romanı əsasında çəkilib.

"Əli və Nino" filminin icraçı prodüseri Leyla Əliyeva, prodüseri Kris Tikyer, rejissoru "BAFTA" mükafatı sahibi Asif Kapadia, ssenari müəllifi isə "Academy Award" mükafatı laureatı Kristofer Hemptondur.

Filmin çəkilişlərinə 2015-ci il fevralın 24-dən başlanılmışdı və iyun ayınadək davam etmişdi. Çəkilişlər Bakıda, tarixi İçərişəhər küçələrində və paytaxtın bir sıra məkanlarında, Qobustan, Xınalıq və s. ərazilərdə aparılıb.

Filmdə Adam Bakri, Mariya Valverde, Halit Ergenç, Mendi Petinkin, Konni Nilson, Rikkardo Samariko, Humayon Erşardi, Fəxrəddin Manafov, Əsad Bub, Numan Akar və digər məşhur aktyorlar çəkiliblər.

"Sundance" beynəlxalq film festivalı 1985-ci ildən keçirilir. Bu il 31-ci dəfə keçiriləcək festivalda 16 bədii, 10 sənədli filmin, uşaqlar üçün 3 ekran işinin premyerası olacaq və 9 filmə baxış keçiriləcək. Festival yanvarın 21-də başlayıb və 31-dək davam edəcək.