Region TV-də kütləvi ixtisarlar olub. Region TV-də kütləvi ixtisarlar olub.

Region TV-də kütləvi ixtisarlar – Qarabağ bürosu bağlanır?

Region TV-də kütləvi ixtisarlar olub.


AzNews.az-a daxil olan məlumata görə, televiziya kanalının tərkibində olan, Yevlaxda fəaliyyət göstərən EL TV-nin 20-yə yaxın əməkdaşı işdən azad edilib. Buna səbəb kimi maliyyə böhranı göstərilib.

İşdən çıxarılanlar arasında TV-nin Qarabağ bürosunun əməkdaşları da var. Məlumata görə, onların işdən azad olunması Qarabağ bürosunun bağlanması deməkdir.

Region TV-nin mətbuat xidmətinin rəhbəri İsmayıl Həsənov TV-nin bir neçə əməkdaşının işdən çıxarılması faktını AzNews.az-a təsdiqləyib: "Həmin işçilərin sayı 20 deyil, bir neçə nəfərdirlər. Onların müqavilə müddəti bitib və uzadılmayıb. Qarabağ bürosunun əməkdaşı isə artıq TV-nin tərkibində fəaliyyət göstərəcək. Yəni, büro bağlanmayıb".

N.Etibar
AzNews.az