Bakıda iki yolda sürət həddi aşağı salındı. Bakıda iki yolda sürət həddi aşağı salındı.

Bakıda iki yolda sürət həddi azaldı

Bakıda iki yolda sürət həddi aşağı salındı.


Nəqliyyatın İntelektual İdarəetmə Mərkəzindən (NİİM) AzNews.az-a verilən məlumata görə, hava şəraiti ilə əlaqədar iki avtomobil yolunda sürət həddi aşağı salınıb.

"Hava şəraiti ilə bağlı olaraq Böyükşor - Heydər Əliyev beynəlxalq Hava limanı - Mərdəkan dairəsi - Bilgəh istiqamətində avtomobil yolunda sürət həddi iki zolaqda 120 km/saatdan 100 km/saata, bir zolaqda 100 km/saatdan 80 km/saata, axırıncı zolaqda isə 80 km/saatdan 60 km/saata endirilib.

Eyni zamanda Zığ dairəsi - Heydər Əliyev beynəlxalq Hava limanı avtomobil yolunda isə sürət birinci zolaqda 120 km/saatdan 100 km/saata, ikinci zolaqda 100 km/saatdan 80 km/saata, üçüncü zolaqda isə 80 mk/saatdan 60 km/saata qədər azaldılıb", - deyə qurumdan bildirdilər.

NİİM-dən verilən məlumata görə, hava şəraiti normallaşan kimi sürət həddi yenidən bərpa olunacaq.