Nizami rayonu 8-ci km kimi tanınan ərazidə, məşhur ticarət mərkəzlərinin qarşısında ağacları qanunsuz şəkildə kəsən Əhmədov Mais Ənvər oğlu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qərarı ilə 4000 manat cərimələnib. Nizami rayonu 8-ci km kimi tanınan ərazidə, məşhur ticarət mərkəzlərinin qarşısında ağacları qanunsuz şəkildə kəsən Əhmədov Mais Ənvər oğlu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qərarı ilə 4000 manat cərimələnib.

Bakıda ağacları kəsən şəxs - 4000 manat cərimələndi

Nizami rayonu 8-ci km kimi tanınan ərazidə, məşhur ticarət mərkəzlərinin qarşısında ağacları qanunsuz şəkildə kəsən Əhmədov Mais Ənvər oğlu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qərarı ilə 4000 manat cərimələnib.


İş icraçısı ağacları kəsmədiyini iddia edərək onların yerini köçürdüyünü bildirib.

AzNews.az
xəbər verir ki, nazirlik sözçüsü İradə İbrahimovanın ans press-ə verdiyi məlumata görə, həmin şəxs törətdiyi əməldən dərs almayıb. Yenə də qanunları kobud şəkildə pozub:

"İş icraçısı, nazirlikdən heç bir rəy almadan ağacları kəsib. Onlar arasında sərv və Eldar şamları var. Onu əsas gətirir ki, yol genişləndirilir. Amma ilk növbədə məsələ ilə bağlı müraciət olunmalı idi. Bunu etmədiyi üçün Əhmədov Mais Ənvər oğlu inzibati xətalar məcəlləsinin 92.2 maddəsi ilə 4000 AZN cərimələnib".

Qeyd edək ki, adıçəkilən ünvanda avtobus xətlərinin daha intensiv hərəkəti üçün yol genişləndirilir. İşlərə bir həftə əvvəl başlanılıb. Məlumata görə, genişləndirilmiş yol kənarlarında dayanacaqlar salınacaq. Buna görə də lazımi hissələr bəndlənir.