- Köhnə - Cəmiyyət
- 27 Yanvar 2016 23:59
- 4 434
İslam Oyunlarının proqramında - Dəyişiklik

2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunlarının proqramında dəyişiklik edilib.
AzNews.az virtualaz.org-a istinadən xəbər verir ki, dəyişikliyə əsasən, mayın 12-22-də baş tutacaq İslamiadada klassik basketbol olmayacaq.
Əvvəlcə proqramda olan idmanın bu növünü yeni növ əvəzləyib. Bakı-2015-də olduğu kimi, İslamiada-2017-də də basketbolçular 3X3 növündə mükafatçıları müəyyənləşdirəcəklər.
Azərbaycan burada həm kişilərin, həm də qadınların yarışında qüvvəsini sınayacaq. Artıq bu məqsədlə hazırlığa başlayan komandalarımız Avropa çempionatına da qatılacaqlar.
Xatırladaq ki, 2005-ci ildə Səudiyyə Ərəbistanının Məkkə şəhərində keçirilən I İslam Həmrəylik Oyunlarında klassik basketbolda Azərbaycan millisi tarix yazmışdı. Həmin vaxt Rimas Kurtinaytisin rəhbərlik etdiyi yığmamız yarışın ilk qızıl medalına yiyələnmişdi.