Füzuli rayonunda əhaliyə göstərilən tibb xidmətinin daha da yaxşılaşdırılması, həkim-xəstə münasibətlərində şəffaflığın təmin olunması, imtiyazlı xəstələrin pulsuz dərman preparatları ilə təmin olunmasına nəzarətin daha da gücləndirilməsi məqsədilə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev məcburi köçkünlərin məskunlaşdıqları İkinci Zobucuq qəsəbəsindəki Poliklinikada və Böyük Bəhmənli kəndi ərazisindəki Tibb Mərkəzində olub. Füzuli rayonunda əhaliyə göstərilən tibb xidmətinin daha da yaxşılaşdırılması, həkim-xəstə münasibətlərində şəffaflığın təmin olunması, imtiyazlı xəstələrin pulsuz dərman preparatları ilə təmin olunmasına nəzarətin daha da gücləndirilməsi məqsədilə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev məcburi köçkünlərin məskunlaşdıqları İkinci Zobucuq qəsəbəsindəki Poliklinikada və Böyük Bəhmənli kəndi ərazisindəki Tibb Mərkəzində olub.

İcra başçısı Tibb Mərkəzində - Fotolar

Füzuli rayonunda əhaliyə göstərilən tibb xidmətinin daha da yaxşılaşdırılması, həkim-xəstə münasibətlərində şəffaflığın təmin olunması, imtiyazlı xəstələrin pulsuz dərman preparatları ilə təmin olunmasına nəzarətin daha da gücləndirilməsi məqsədilə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev məcburi köçkünlərin məskunlaşdıqları İkinci Zobucuq qəsəbəsindəki Poliklinikada və Böyük Bəhmənli kəndi ərazisindəki Tibb Mərkəzində olub.


İH-dən AzNews.az-a verilən məlumata görə, rayonun bütün yaşayış məntəqələrində tibb ocaqları, həkim məntəqələri fəaliyyət göstərir, rayonda özəl tibb müəssisəsi olmadığı üçün burada əhaliyə göstərilən xidmətlər də pulsuzdur.

Görüşdə MRX-nın baş həkimi Soltan Əliyev, Füzuli Tibb Mərkəzinin baş həkimi Cümşüd Məmmədov əhaliyə göstərilən tibb xidmətinin vəziyyəti barədə məlumat veriblər.

Hər iki tibb mərkəzində tibbi müayinədən keçən rayon sakinləri ilə söhbət edən Alı Alıyev qeyd edib ki, tibb məntəqələrində, ayrı-ayrı idarə müəssisələrdə onların incidilməsi halları baş verərsə ictimai nəzarət qaydasında rayon İcra Hakimiyyətinə və aidiyyəti orqanlara məlumat versinlər.

Sonda Alı Alıyev bir daha tibb işçilərinə həkim-xəstə münasibətlərində şəffaflığın təmin edilməsi, imtiyazlı xəstələrə dərman pereparatlarının vaxtında verilməsini tapşırıb.