Burda Türkiyə kəşfiyyatının keçmişdə istifadə etdiyi maraqlı əşyalar sərgilənir. Burda Türkiyə kəşfiyyatının keçmişdə istifadə etdiyi maraqlı əşyalar sərgilənir.

KQB-yə işləyən İstanbul ermənisi, Türk kəşfiyyatının istifadə etdiyi cihazlar - MİT-in yaydığı fotolar

Burda Türkiyə kəşfiyyatının keçmişdə istifadə etdiyi maraqlı əşyalar sərgilənir.

AzNews.az Türkiyə kəşfiyyatının keçmiş dönəminə aid hissələrin sərgiləndiyi Milli İstihbarat Təşkilatı – MİT-in “virtual muzeyi”ndən görüntüləri istinadla təqdim edir.

1. 1980-ci illərdə telefon söhbətlərin dinlənilməsi üçün istifadə olunan cihaz: “ÖSA-3A”. Cihazın adı sistemi hazırlamış mühəndislərin soyadlarının baş hərfləridir.

2. Şifrəli xəbərləşmə üçün istifadə olunan dəftər.

3. Dinlənilmə prosesini həyata keçirmək üçün istifadə olunan digər bir cihaz.

4. Təhlükəsiz telefon danışıqlarının aparılması üçün istifadə olunan telefon.

5. MİT-in erməni əsilli Türkiyə vətəndaşı Kərim Manukyanın KQB ilə işlədiyini aşkar etdiyi vaxt tapdığı casusluq vasitələrindən biri. O, məlumatları evdə olmadığı vaxt rus agentlərinə ötürmək üçün divardakı elektrik qutusuna qoyurmuş.

6. Soyuq müharibə illərində istifadə olunmuş fotoaparat.

7. Kameralı əl çantası. 1970-90-cı illərdə istifadə olunub.

8. “İMCO” model alışqan. Onun qaz doldurulan yerinə mesajlar yerləşdirilib ötürülürmüş.

9. Mesajları bir neçə dəfə kodlaşdıraraq, xarici kəşfiyyat tərəfindən oxunmasını çətinləşdirən cihaz.

10. 1970-90-cı illərdə istifadə olunmuş barmaq izi qarşılaşdırma cihazı.

11. Avropadakı bir səfirlikdə tapılmış, kərpicin içinə yerləşdirilmiş dinləmə sistemi.

12. Ayaqqabının daban hissəsində mikrofon yerləşdirilib və o söhbət vaxtı danışıqların başqa yerdən canlı dinlənməsinə şərait yaradırmış.

13. Alışqana bənzəyən, USB çıxışı olan və enerjiyə qoyula bilən səsyazma vasitəsi.

14. Gizli dinləmə və çəkiliş kaseti.

15. Mismarların içinə gizli, qısa mesajlar yerləşdirilirmiş.

Nurlan AĞA
AzNews.az