O, enerjini bərpa etmək üçün 640 banan yeyib O, enerjini bərpa etmək üçün 640 banan yeyib

Tarixin ilk rekordu: 3317 kilometr məsafəni 157 günə üzdü - VİDEO

O, enerjini bərpa etmək üçün 640 banan yeyib

Britaniyalı Ross Ecli 3-cü dəfə Ginnesin rekordlar kitabına düşüb. O, tarixdə ilk dəfə olaraq Böyük Britaniya adasının ətrafında üzməyi bacarıb.

AzNews.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu haqda məlumatı Sky news telekanalı yayıb.

33 yaşlı Ecli iyun ayının 1-də Marqit şəhərinin sahilində saat əqrəbi istiqamətində üzməyə başlayıb. Bütün yol boyu onu dənizçi Mettyu Nayt katamaranda müşayiət edib. Üzgüçü onun bortunda dincəlib və gecələyib. O, hər gün 12 saat suda olub və bir dəfə də olsun sahilə çıxmayıb. Ecli Şimal dənizini, La-Manş boğazını, İrland dənizini və Atlantik okeanının ada ətrafındakı su hövzəsini 157 günə üzərək 3317 kilometr məsafə qət edib və 5 ay öncə start götürdüyü Marqit şəhərinin çimərliyində sahilə çıxıb.

Ecli bildirib ki, o, yol boyu 500 min kalori itirib və enerjini bərpa etmək üçün 640 banan yeyib.

Britaniyalı Ginnesin rekordlar kitabına 2016-cı ilin fevralında 42 kilometr marafon yarışını 19.5 saata üzdüyünə görə düşüb.

Babək Göyüş

AzNews.az