Özünü itirən qadın ətrafdakılardan kömək istədi Özünü itirən qadın ətrafdakılardan kömək istədi

Anasının məzarı başında dua edərkən şok yaşadı: Torpaqdan uşaq çıxdı!

Özünü itirən qadın ətrafdakılardan kömək istədi

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ankarada bir nəfər dua etmək üçün getdiyi anasının məzarında, itlər tərəfindən bir hissəsi çölə çıxarılan 5 aylıq körpə tapıb. Qorxudan nə edəcəyini bilməyən qadın ətrafdakı insanların köməyi ilə uşağı yenidən torpağa basdırıb və polis çağırıb.

Hadisə Ankaranın Yeniməhəllə rayonun Yakacık qəbristanlığında, 7 noyabrda baş verib. 2006-cı ildə vəfat etmiş anasının məzarı üstünə gedən Ayşə K. anasının məzarının başındakı itin, anasının məzarını qazdığını və ağzında parça olduğunu görüb. Sürətlə anasının məzarına gedən qadın, orada 5 aylıq olduğu deyilən naməlum uşağın göbəyindəki klemp ilə birlikdə anasının məzarının üstündə basdırıldığını görüb. Həmin an şok keçirən qadın uşağın qalan hissəsini də torpaqdan çıxarıb. Nə edəcəyini bilməyərək ətrafdakılardan kömək istəyib.

Hadisə yerinə gələn polis və təcili yardım, uşağın öldüyünü təsdiqləyib. Körpənin cansız bədəni məhkəmə tibbi ekspertizaya aparılıb.

Pərvanə AĞAZADƏ
AzNews.az