Yaponiyada dünya mətbuatının gündəminə düşən hadisə baş verib. Yaponiyada dünya mətbuatının gündəminə düşən hadisə baş verib.

35 yaşlı yapon kompüter qrafikası ilə evləndi

Yaponiyada dünya mətbuatının gündəminə düşən hadisə baş verib.

Tokiodakı məktəblərin birinin rəhbəri, 35 yaşlı şəxs kompüter qrafiqası, yəni holoqram olan Hatsune Miku ilə evlənib. Onun toyunda anası iştirak etməyib, oyun şirkəti isə nikah şəhadətnaməsi verib.

Akihiko Kondo virtual dünyada 16 yaşlı müğənni olan Hatsune ilə toyuna 17 min 600 dollar xərcləyib. Amma toyda nə anası, nə də qohumlarından kimsə iştirak etməyib. Bir gəlincik formasında toyda iştirak edən “gəlin” Miku ilə Kondonun toyunda 40 nəfər iştirak edib.

Miku Kondoya 2.800 dollara başa gəlib və mart ayından virtual olaraq sevgilidirlər.

“Ona heç vaxt xəyanət etmədim. Hər zaman onu sevəcəm. Hər gün onu düşünürəm”, - deyə Kondo bildirib. O, hər axşam işdən evə gəldiyini mobil telefonu vasitəsilə Mikuya yazır. Bundan sonra Miku evin işıqlarını yandırır. Bundan başqa Kondo nə vaxt yatacağını da “sevgilisi”nə deyir. O, gecələr barmağında üzük olan Mikunun oyuncaq versiyası ilə yatır.(ölkə.az)

AzNews.az