Uşaqların həyatı üçün təhlükə yaradan qida və oyuncaqlar

Uşaqları xoşbəxt etmək üçün əlimizdən gələn hər şeyi edirik

Uşaq böyütmək valideynlərin həyatında keçirdikləri ən əyləncəli zamanlardan biridir. Nə proses nə qədər çətin olsa da, bir o qədər də əyləncəlidir. Uşaqları xoşbəxt etmək üçün əlimizdən gələn hər şeyi edirik. Amma bəzi ərzaqlar və oyuncaqlar var ki, uşaqlarımızın gələcəyi, sağlamlığı üçün böyük təhlükələr yaradır.

AzNews.az həmin ərzaq və əşyaları təqdim edir.

Şarlar və kiçik əşyalar

Şarlar uşaqların əvəzolunmaz oyuncaqlarındandır. Onlar nə qədər əyləncəli görünsə də, bir o qədər də təhlükəlidir. Uşaqlar şarları üfürərkən şar nəfəs borusuna qaça və boğulmaya səbəb ola bilər.

Eyni zamanda kiçik oyuncaqlar uşaqların həyatları üçün təhlükəlidir. Uşaqlar onları uda bilər.

Batud

Parklarda quraşdırılan batudlar nə qədər əyləncəli olsa, da bir o qədər də təhlükə mənbəyidir.

Yuyucu tozlar

Yuyucu tozlar yeyilsə, mədədə və boğazda yanıqlara, zəhərlənmələrə səbəb ola bilər. Bu tozlar yeyilməsə, belə uşaqların dərisi ilə təmasda belə olsa, allergiya yarada bilər.

Jelibon və konfetlər

Uşaqların bir çoxunun sevimli şirkiyyatlarından biri də jelibonlardır. Jelibonlar əriməyidi üçün nəfəs borusuna gedərsə, boğulmaya səbəb ola bilər. Bəzi konfetlər isə turş və bərk olduğu üçün ağızda xırda yaralar yaradır.

Nigar CƏFƏR

AzNews.az