- Maraq dairəsi
- 27 Noyabr 2018 17:58
- 15 125
Toru çəkən türk balıqçı donub qaldı - FOTOLAR

Qəribə “ov” hamının təəccübünə səbəb oldu
Balıqçının toruna tarixi lövbər düşüb.
AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, balıqçı Hasan Yusufoğlu, səhər saatlarında rayonun Melenağzı sularında ova çıxıb. Ov zamanı Yusufoğlu, toruna lövbər düşdüyünü görüb.
Lövbəri tordan çıxararaq limana qayıdan balıqçı, bunu səlahiyyətli şəxslərə bildirib. Bölgəyə gələn bələdiyyə işçiləri araşdırma aparıblar.
Qədim dövrlərə aid olduğu deyilən lövbər, araşdırma üçün Düzcə muzeyinə aparılacaq.
Balıqçı Hasan Yusufoğlu jurnalistlərə verdiyi açıqlamada, tordan çıxartdığı lövbərin zərərə səbəb olduğunu deyib.
Pərvanə AĞAZADƏ
AzNews.az



