- Maraq dairəsi
- 30 Noyabr 2018 10:46
- 4 415
Monqollar Çinə kolbasanı bir inəyin qiymətinə satır

Monqol heyvanları dünyada ekologiya cəhətdən ən təhlükəsizdir
Çin Xalq Respublikasına ixrac edilən monqol kolbasasının bir kiloqramı 72 dollardır. Bu qiymətə isə Monqolustanda bir inək almaq olar.
AzNews.az Orta Asiya Xəbər Xidmətinə istinadən xəbər verir ki, vetçina, kolbasalar və digər ət məhsulları Monqolustanın daxili bazarında başqa ölkələrə nisbətən daha ucuz satılır.
“Biz alman texnologiyası ilə Moqolustanda yüksək keyfiyyətli ət məhsuları istehsal edirik. Monqol heyvanları dünyada ekologiya cəhətdən ən təhlükəsizdir. Buna görə də gəlirli hesab edilir”. Almaniya ət assosiasiyasının üzvü, şirkət rəhbəri Temuujin belə deyib.
Babək Göyüş
© AzNews.az