Dərinizə qulluq edərkən bu məqamları nəzərə almağınız vacibdir Dərinizə qulluq edərkən bu məqamları nəzərə almağınız vacibdir

Gözəl görünmək yaxşıdır, amma... - Dəriyə qulluq zamanı diqqətli olun

Dərinizə qulluq edərkən bu məqamları nəzərə almağınız vacibdir

Dərimizə evdə qulluq etməklə həm zamanımıza, həm də pulumuza qənaət etmiş oluruq. Amma bu zaman çox diqqətli olmalıyıq.

AzNews.az dəriyə evdə qulluq zamanı diqqət etməli məqamları bölüşür.

Dərinizə uyğun şəkildə qulluq etməlisiniz

Üzünüzə çəkdiyiniz hər krem, ya da qarışıq, gözlədiyiniz nəticəni verməyə də bilər. Məsələn, dərinizdəki "ölü dəri"ləri yox etmək üçün edilən pilinq, sızanaq yaranmasına səbəb ola bilər. Yağlı dəri tipiniz varsa, ayda 1 dəfə pilinq kifayət edəcəkdir.

Evdə hazırlanan qarışıqlara diqqət edin

İnternet üzərindən araşdıraraq hazırladığınız maskalar dərinizdə yaralar yaranmasına, hətta dəri xərçəngi olmağınıza səbəb ola bilər. Qarışığın içərisindəki bitki tərkibli maddələrin miqdarı daha çox vacibdir. Bir damcı çox əlavə edilən yağ dərinizdə açıq yaralar yaranmasına səbəb olacaqdır. Ona görə də kosmetoloqdan məsləhət almağınız vacibdir.

Nigar CƏFƏR
AzNews.az